Bakıda şadlıq saraylarında qiymətlər artacaq?- AÇIQLAMA
Karantin rejiminin hökm sürdüyü bir vaxtda ləğv olunan toy və el şənlikləri şadlıq saraylarına ciddi ziyan vurub. Mütəxəssislərin fikrincə, pandemiyadan sonra toy etmək istəyənlərin sayında artım müşahidə olunacaq. Hazırda hər kəsi maraqlandıran bir sual var. Şadlıq saraylarında qiymət artımı olacaqmı?
Ens.az xəbər verir ki, bu barədə Sonxeber.az-a iqtisadçı ekspert Akif Nəsirli, açıqlama verib.
Qiymətlərin artacağını düşünmürəm:
"İlk növbədə onu qeyd etmək istəyirəm ki, toylara icazə verilsə də yüngül keçirilməsi tələb olunacaq. Əvvəlki kimi 500-200 nəfəri toya yığa bilməyəciyik. Yəqin ki, 50-60 nəfərlik toylar olacaq. Ola bilsin ki, stolların qiyməti bir qədər bahalaşsın, amma ümumi toy xərcləri aşağı düşəcək.
Hesab edirəm ki, pandemiya dönəmini bir fürsət kimi qiymətləndirərək, heç bir əhəmiyyəti olmayan böyük toy ənənəsini cəmiyyətdən uzaqlaşdıraq. Toy biznesi insanların aşırı xərclərinin çoxalmasına səbəb olur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət