Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda Rusiyanın istedadlı pianoçularının konserti olub

Bakıda Rusiyanın istedadlı pianoçularının konserti olub
Sakura

Bakıda Rusiyanın istedadlı pianoçularının konserti olub

Beynəlxalq Muğam Mərkəzində Rusiyanın Əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrinin iştirakı ilə konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Bakı Media Mərkəzi, Təhsil Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Simurq uşaq musiqi festivalı” çərçivəsində reallaşıb.

Festivalın keçirilməsində məqsəd istedadlı musiqiçiləri önə çıxarmaq, onlara dəstək olmaq, eləcə də ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Azərbaycan tərəfdən festivalın təşkilatçısı, layihənin müəllifi və rəhbəri, tanınmış pianoçu Səidə Tağızadə və Rusiyanın Əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenko çıxış edərək konsert barədə fikirlərini bölüşüblər.

Konsertdə rusiyalı pianoçuların ifasında dünyanın tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında “Simurq musiqi festivalı” çərçivəsində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR