Slimfit
  1. İDMAN

Bakıda rekorda imza atan cüdoçu "Qarabağ"ın rəqibi ilə müqavilə bağlayıb

Bakıda rekorda imza atan cüdoçu "Qarabağ"ın rəqibi ilə müqavilə bağlayıb
Sakura

Bakıda rekorda imza atan cüdoçu "Qarabağ"ın rəqibi ilə müqavilə bağlayıb

Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatının mükafatçıları Darya Beloded və Georgi Zantaraya Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliyanın “Sportinq” klubu ilə müqavilə bağlayıb.

Report” Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı idmançılarla sözləşmənin müddəti 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər nəzərdə tutulub. Onların klub yarışlarında “Sportinq”i təmsil edəcəkləri bildirilir.

48 kq çəki dərəcəsində çıxış edən D.Beloded Bakıda rekorda imza atıb. O, 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu olmaqla, böyüklər arasında bu adı qazanan ən gənc cüdoçu olub. 66 kq çəkidə yarışan G.Zantaraya isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub. Bu komandalar arasında növbəti oyun noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR