Dərc edildi: Baxış sayı: 519
Bakıda qayda pozan sürücülərə qarşı reyd keçirilib
Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qaydaları pozan sürücülərə qarşı tədbirlər görüb.
"Report" əməkdaşlarının da iştirak etdiyi reydlərdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülər saxlanılaraq onlara qanunun tələbləri izah olunub. Sürücülərdən bəziləri barəsində inzibati protokollar tərtib olunub, bir çoxlarına isə xəbərdarlıq edilib.
Həmçinin "Ukrayna" dairəsi ərazisində xarab olan avtomobilin sürücüsünə köməklik göstərilib. Yol Patrul Xidmətinin əməkdaşları hərəkətə maneçilik yaratmaması üçün evakuator çağıraraq avtomobili ərazidən uzaqlaşdırıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət