Bakıda “Qara cümə” fırıldağı yenə olacaqmı?
Xarici ölkələrdə baş verən ictimai və sosial proseslər bir çox hallarda Azərbaycana sirayət edir. Ölkəmizdə tətbiq edilən bu proseslər bəzən orijinalından fərqlənir. Dünyada ölkələrində "Black Friday”, yəni "Qara Cümə” adlı endirim aksiyasının keçirilməsini buna misal göstərmək olar.
BAKU.WS xəbər verir ki, ABŞ və digər ölkələrdə keçirilmə formatından fərqli olaraq "Qara Cümə” adlı endirim aksiyaları Bakıda vətəndaşları heç də məmnun etmir. Buna qədər bir neçə il ardıcıl ticarət mərkəzlərində "Black Friday” adlı aksiyalar təşkil edilsə də, qiymətlər həddən artıq ucuz olmaması ilə seçilib.
Halbuki "Black Friday” zamanı geyimdən tutmuş texnologiyalara qədər bütün məhsullarda fövqəladə endirimlər olmalıdır. Bu günün zatən mahiyyəti də bundan ibarətdir. Sadə endirimlərin adi günlərdə də olmasını nəzərə alsaq, "Qara Cümə”də fərqli endirimlər vətəndaşları sevindirir.
Qeyd edək ki, ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı, yəni Milad bayramı, yaxud "Şükran Günü”ü (Thanksgiving Day) kimi qeyd olunur. Bu gündən bir gün sonra, yəni cümə günü "Black Friday” yəni "Qara Cümə” adlandırılır. Bu il həmin tarix 29 noyabr tarixinə təsadüf edəcək. Həmin gün mağazalar ən azı 50% olmaqla 80%-dək, bəzən isə 90%-dək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara belə demək mümkünsə, hücum çəkirlər.
Bir çoxları alış-veriş etmək üçün məhz bu günü gözləyir. Bəzi məlumatlara görə "Qara Cümə" gününün belə adlandırılmasının səbəbi mağazaların saat 04:00 və 05:00 arasında açılması ilə əlaqədardır. Deyilənə görə mağazaların səhərin erkən saatlarında açılması bu günün belə adlandırılmasına səbəb olub. Digər bir inanca görə həmin gündə mağazalar tamamilə boşaldılır. Hətta burda yaşanan izdihamlara görə minlərlə insan xəsarət alır və ya həyatını itirir. Bu gündə bütün əşyalara xüsusi endirimlər olsa da, bir çox insan əsasən texnoloji avadanlıqlar almaq üçün "Black Friday" tarixinə üstünlük verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət