Bakıda "Qara cümə" fırıldağı – Diqqətli olun
Bir neçə gündür ki, paytaxtda fəaliyyət göstərən mağazaların əksəriyyətində endirim yazısına rast gəlmək mümkündür. Bəzi yerlərdə mağazaların üzərinə hətta 70 faiz endirim də qeyd olunub. Dünyanın bir çox ölkəsində qara cümə bəzi ölkələrdə də isə əfsanə cümə kimi bilinən endirim kampaniyasına ildən ilə maraq artmaqdadır. Lakin mütəxəsislər eləcə də vətandaşlar bu endirimlərin real olmadığını bildirir.
“Yeni Sabah” xəbər verir ki, son bir neçə gündür ki, şəhərin müxtəlif alış veriş mərkəzlərində bu mənzərə müşahidə edilir. İnsanlar "Qara cümə " endirimlərindən yararlanamq üçün mağazalara axın edir.
1 əsrə yaxındır ki, Amerikada geniş yayılan "Qara cümə " endirim kampaniyası son illərdə ölkəmizdə də geniş yayılıb. Mağazalar bu kampaniya çərçivəsində alıcılara endirim vəd edirlər.
Mütəxəsəsislər bildiri ki, Amerikada yaranan bu ənənənin geniş yayılmasının əsas səbəbi illərlədir ki, brend mağazaların həqiqətən də bu günlərdə endirim etməsidir. Lakin bəzi mağazalar da var ki, endirima adı altında məhsulun köhnə qiymətini baha təqdim edərək sonradan süni endirim edirlər.
Elə vətəndaşlar da endirimlərin heç də real olmadığını deyirlər.
Qeyd edək ki, məshulun əvvəlki qiymətini süni şəkildə artırılaraq sonradan endirim kimi təqdim edən mağazalardan məhsul alan vətəndaşlar bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər. /Xəzərxəbər
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət