Dərc edildi: Baxış sayı: 2890
Bakıda orta maaş 800 manata çatır
2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 min 455 nəfər artaraq, 707 min 500 nəfər olub.
Bakı Statistika İdarəsindən Oxu.Az-a verilən məlumata görə, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 1,6 faiz artaraq, 789,3 manat olub.
Muzdla işləyənlər arasında ən yüksək maaşı Pirallahı qəsəbəsində işləyənlər alıb - 1 450,3 manat. Ən aşağı əməkhaqqı Binəqədi rayonunda qeydə alınıb - 499,2 manat.
Göstərilən dövrdə (2018-ci ilin II rübündə) paytaxtda 30 min 622 yeni iş yerləri açılıb. Bunun 30 min 622 ədədi daimi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət