Bakıda orqanik qida yarmarkası keçiriləcək
İyunun 21-23-də Bakıda orqanik qida yarmarkası keçiriləcək.
Bu barədə "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DŞAK) direktoru Leyla Məmmədova məlumat verib.
"Şirkətimiz həmin yarmarkanın təşkilatçılarından biridir. Hazırda orqanik qida istehsal edən fermerlərlə danışıqlar aparırıq, onlara məhsullarını bu yarmarkada satmağı təklif edirik”, - o deyib.
Bundan başqa, L.Məmmədovanın sözlərinə görə, DŞAK bu il ölkədə oqranik qida istehsalı sahəsində təlimlər keçirməyi planlaşdırır: "Bu məqsədlə xaricdən mütəxəsislər dəvət etməyi də düşünürük”.
O, həmçinin bildirib ki, bu ilin sonuna qədər rəhbərlik etdiyi şirkət "Kənddən şəhərə" brendi altında daha 3 mağaza açmaq istəyir.
Xatırladaq ki, DŞAK 2018-ci ildə təsis edilib.Şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət