Dərc edildi: Baxış sayı: 705
Bakıda nazirlərin iştirakı ilə beynəlxalq konfrans keçirilir
Bakıda "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: Üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilir.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər iştirak edirlər.
Konfransda işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri müzakirə olunur.
Konfransda işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri müzakirə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət