Slimfit
  1. CƏMİYYƏT

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlandı

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlandı
Sakura

Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlandı

 Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. 

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır:

“Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. 
Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən, günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. 

Hazırda müşahidə edilən zəif  cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”. 

U.Tağıyeva bildirib ki, əhalinin narahatlığına əsas yoxdur, müşahidə olunan duman smoq deyil.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR