Slimfit
  1. AZƏRBAYCAN

Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib
Sakura

Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi çərçivəsində 17 oktyabr 2018-ci ildə Bakı şəhərində, “Park-İnn” hotelində Respublika Veteranlar Təşkilatının təşkilatçılığı ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, beynəlxalq konfransın iştirakçıları 16 oktyabr 2017-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dünyanın 17 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, akademik və hərbi dairələri, ictimai təşkilatlarının, veteranlar, gənclər və media nümayəndələrinin iştirak etdikləri tədbir başlamazdan əvvəl onun iştirakçıları bütün müharibə və terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Beynəlxalq konfransı giriş sözü ilə Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açıb. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində belə aktual mövzuda beynəlxalq konfransın keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsindən danışaraq deyib: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan xalqı bu gün özü Ermənistan Respublikasının təcavüzü ilə qarşılaşmış, həmçinin terror hücumlarına məruz qalmışdır. Azərbaycanın 20 faiz ərazisi hazırda Ermənistanın işğalı altındadır. Bu nəinki yalnız bizim ölkəmizin təhlükəsizliyinə qarşı deyil, hətta bütün regiona, dünyaya qarşı yönəlmiş ciddi təhdiddir. Ümid edirik ki, mövzusu birbaşa təhlükəsizliyin təminatı yollarının axtarılması, terrorun bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”.

 

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan və bu gün terrorçuluğun bütün növ və təzahürlərinə qarşı mübarizədə birmənalı mövqe tutmuş Azərbaycan Respublikasının belə tədbirlərə ev sahibliyi etməsini onun mənəvi haqqı adlandıraraq demişdir: “Bu tədbir həm də xalqımızın bütün insanlığa, terror əleyhinə olan bütün ölkələrə ünvanlanmış sülh mesajlarıdır. Azərbaycan xalqı erməni terrorundan əziyyət çəkmiş xalq kimi bu gün onun qarşısının alınmasında dəyişməz və qətiyyətli mövqeyi ilə seçilir. Azərbaycan daim də öz ənənələrinə sadiqdir və dünyada sülhün qorunmasında iştirakı özünün başlıca prioritetlərindən hesab edir. Ancaq tədbir iştirakçılarına da məlumdur bizim 20 faiz torpaqlarımız bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. Ermənistan bu gün də Azərbaycan Respublikasına qarşı təcavüzkarlıq və dövlət səviyyəsində dəstəklənən terror siyasətindən imtina etməmişdir. Azərbaycan prezidenti möhtərəm İlham Əliyev bütün xarici səfərlərində və ölkəmizdə həyata keçirilən rəsmi görüşlərində xarici dövlət başçıları və beynəlxalq ictimaiyyətin diqqətini dəfələrlə torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlanması faktına yönəltmişdir. Çünki təcavüzkarlıqla, terrorçuluqla mübarizə yalnız bir xalqın və dövlətin deyil, özünü sivil dünyanın təmsilçisi sayan hər bir xalqın və dövlətin üzərinə düşən vəzifədir. İkili standartlar kənara qoyulmalı, Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı və terroru dəstəkləyən dövlət kimi tanınmalıdır. Məhz belə obyektiv münasibət bölgədə sülhün bərqərar olmasına töhfə verər, yalnız Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı üçün deyil, həmçinin ümumi inkişafa xidmət edən addım olardı. Biz buna ümid edir və məsələnin vaxtında həllini sülhə nail olunmasında, regionun təhlükəsizliyinin təminatında mühüm amil sayırıq”.

Sonra Beynəlxalq konfransın iştirakçılarının mövzu üzrə çıxışları dinlənilmiş, məruzə və çıxışlar ətrafında müzakirələr aparılmışdır.

RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və dövlət xidməti Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, “Dünya VeteranlarıFederasiyası”nın sədri Dan-Viggo Bergtun, Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini İsenqulov Aytkali, Ukrayna Veteranlar Təşkilatının sədri Şmakov Viktor Viktoroviç, Azərbaycan Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Şubladzr Tengiz Şalvoviç, Belarus Veteranların İctimai Birliyinin sədri Qordeyçuk İvan Arkadyeviç, RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və dövlət xidməti Akademiyası Jurnalistika Fakültəsinin dekan müavini Qonçarova Yuliya Sergeyevna, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, hüquq elmləri doktoru, Nəcibə Mustafayeva, Azərbaycan Dillər Universitetinin dosenti, politoloq Oleq Yuryeviç Kuznetcov və başqaları çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, onun terrorçuluğa qarşı mübarizəyə, beynəlxalq sülhün təminatına töhfə verəcəyinə inandıqlarına əminliklərindən, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışaraq, öz ölkələrində bu istiqamətdə görülən işləri, tədbirləri qeyd etmişlər.

Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov yekun vurmuşdur. T.Ağahüseynov “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərində keçirilən Beynəlxalq konfransın işində fəal iştirak etdiklərinə görə çıxışçıların hamısına bir daha təşəkkür etmiş, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR