Slimfit
  1. CƏMİYYƏT

Bakıda modul tipli xəstəxananın tikintisinə başlanıldı

Bakıda modul tipli xəstəxananın tikintisinə başlanıldı
Sakura

Bakıda modul tipli xəstəxananın tikintisinə başlanıldı

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli xəstəxanaların tikintisinə başlanılıb.

Oxu.Az xəbər veirir ki, tikinti işləri Prezident İlham Əliyevin aprelin 7-də koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamla icra olunur.

Sərəncama əsasən, ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində modul tipli xəstəxanalardan birinin tikintisinə başlanılıb.

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxana quraşdırılacaq.

Həmin tikinti sahəsindən görüntüləti təqdim edirik:

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR