Slimfit
  1. CƏMİYYƏT

Bakıda MİDA satışa başladı: 30 saniyəyə 253 mənzil…

Bakıda MİDA satışa başladı: 30 saniyəyə 253 mənzil…
Sakura

Bakıda MİDA satışa başladı: 30 saniyəyə 253 mənzil…

Bu gün saat 11-dən başlayaraq, artıq bir neçə dəqiqədir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi mənzillərin növbəti onlayn satışını həyata keçirir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İnterner Formunun prezidenti Osman Gündüz paylaşıb. Onun sözlərinə görə, bu dəfə mənzillər iddiaçıların öz vəsaitləri hesabına alınacaq.

Ümumilikdə 253 mənzil satışa çıxarılıb.

“Əlaqədar qurumlar prosesə hazırlaşırlar. Mən də müşahidəçi olaraq iştirak edirəm. Proqramın DEMO versiyası dünəndən dayandırılıb. Hazırda 1159 nəfər sistemə daxil olub satışın başlamasını gözləyir.

İndiyədək güzəştli mənzil almaq hüququ olan cəmi 11.518 nəfər MİDA sistemində qeydiyyatdan keçib. Bu dəfə də canlı yayım təşkil olunmayıb”, - ekspert bildirib.

O.Gündüzün sözlərinə görə, növbəti 600 mənzilin onlayn satışının canlı yayımlanacağı deyilir:

“Onlayn satış prosesinin uğurlu çalışması üçün qərargah yaradılıb.

Orada Xüsusi Dövlət Mühafizə Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ASAN eGov, Azİntelekom, Delta, RİSK, Azercell, Bakcell, Nar, BestSolution, ASAN İmza kimi qurumların nümayəndələri də iştirak edəcək”.

O.Gündüz qeyd edib ki, MİDA-nın budəfəki onlayn satışında ilk mənzilin seçimi təxminən 5 saniyə çəkib:

“Təxminən 30 saniyəyə 253 mənzilin seçimi başa çatdı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR