Slimfit
  1. MEDİA

Bakıda metro bağlana bilərmi? – Şərh

Bakıda metro bağlana bilərmi? – Şərh
Sakura

Bakıda metro bağlana bilərmi? – Şərh

Böyük Britaniyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ictimai nəqliyyatda da məhdudiyyətlər tətbiq olunub. Londanda 40 metrostansiya bağlanıb, digər metrostansiyalara isə giriş məhdudiyyəti tətbiq edilib. Həmçinin ictimai nəqliyyatın digər növlərində də nəzarət sərtləşdirilib.

Koronavirusa qarşı ciddi mübarizə tədbirləri ilə seçilən Azərbaycan paytaxtında da metropolitenə giriş məhdudlaşdırıla bilərmi?

Bu barədə ehtimalı Axar.az-a şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, metroya girişin tam dayandırılması çətin prosesdir:

“Əhalimiz kütləvi yerlərə getməkdən artıq imtina edir və ictimai nəqliyyatın yükü onsuz da azalıb. Metroya girən vətəndaşlarımızın təhlükəsizlik qaydalarına riayət etdiyini də müşahidə etmək mümkündür. Ancaq Bakıda metro stansiyalarının bağlanması olduqca çətin vəziyyət yaradar. Metro bağlanarsa, şəhər nəqliyyatının yükü həddən artıq arta bilər”.

Ekspert bildirib ki, şəhərdə ictimai nəqliyyat metro olmadan sərnişin yükünü daşımaq imkanında deyil:

“Bu, əlavə problemlər yarada, taksi xidmətlərinin qiymətini artıra bilər. Ancaq metroya girişlə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi mümkündür. Metroda yüksək gücləndirilmiş sistem ilə işləmək, sərnişin sıxlığına imkan verməmək daha məqbul görünür. Həmçinin vətəndaşlarımız arasında da təbliğatı gücləndirmək olar ki, Operativ Qərargahın tövsiyələrinə uyğun hərəkət etsinlər, işə getmək və işdən gəlmək üçün məcburi qaydada evdən çıxarlarsa, öz sağlamlıqları üçün təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR