Slimfit
  1. CƏMİYYƏT

Bakıda mərkəzi küçələrdən biri bağlandı

Bakıda mərkəzi küçələrdən biri bağlandı
Sakura

Bakıda mərkəzi küçələrdən biri bağlandı

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı avtomobil sahiblərinə müraciət edib.

“Ens.Az” bildirir ki,bu barədə Axar.az-a İdarənin baş inspektoru,polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməyə qədər yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar küçənin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

“Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lyuklar quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır. Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, "Sahil" metrosunun yanından Zərifə Əliyeva küçəsinə və daha sonra Azneft dairəsinə gedən yoldan istifadə etməlidirlər”.

“Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - DYP rəsmisi vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR