Dərc edildi: Baxış sayı: 317
Bakıda maşını piyadaların üstünə sürdü, həbs olundu
Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb.
Ens.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Emil Fəxrəddin oğlu Məmmədov barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib:
“Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət