Slimfit
  1. CƏMİYYƏT

Bakıda lokal qapadılma haqqında qərarı yalnız Səhiyyə Nazirliyi verə bilər – TƏBİB-dən AÇIQLAMA

Bakıda lokal qapadılma haqqında qərarı yalnız Səhiyyə Nazirliyi verə bilər – TƏBİB-dən AÇIQLAMA
Sakura

Bakıda lokal qapadılma haqqında qərarı yalnız Səhiyyə Nazirliyi verə bilər – TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların 56.1 faizi Bakının payına düşür. Qeyd edək ki, bir neçə ay öncə Ümumdünya Səhiyyə Təşkilatı 2-ci dalğa başlasa belə ölkə üzrə ümumi qapadılmağın ehtiyac olmadığını, yalnız yoluxma çox olduğu bölgələrdə lokal qapadılmaya gedilməsini məsləhət bilib. Bakıda yoluxma artarsa, lokal qapadılmaya gedilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, ölkə üzrə epidemioloji vəziyyətə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətindədir:

“Bakı şəhərində hər hansı ərazidə artma-azalma məsələlərinə görə oranın bağlanılması qərarı bizim qurum vermir. TƏBİB sadəcə xəstəxanalara cavabdehdir. Məhz bu sahə ilə bağlı təklifini verib, nəticədə də lokal qapadılmalara gedilib. Amma hər hansı bir ərazinin bağlanılması qərarını Səhiyyə Nazirliyi verə bilər. Çünki Bakı şəhəri və ümumilikdə ölkə üzə epidemioloji vəziyyətə nəzarət Səhiyyə Nazirliyi tərəfindən aparılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR