Slimfit
  1. AZƏRBAYCAN

Bakıda "kupça" paylanacaq

Bakıda "kupça" paylanacaq
Sakura

Bakıda "kupça" paylanacaq

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası paytaxtın Binə qəsəbəsində

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar kampaniyanı Bakının qəsəbə və kəndlərində davam etdirməkdədir. İnsan amilinə yönəlmiş və məmnunluğu artıran kampaniya qeydiyyat xidmətlərini hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə yaşayan vətəndaşların ünvanına çatdırır.

Əlçatanlığa əsaslanan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının səyyar ofisinin budəfəki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsidir. Bütün növ daşınmaz əmlakların qeydiyyatı ilə bağlı xidmətlərdən yararlanmaq istəyən sakinlər 26-30 noyabr tarixlərində saat 09:00-dan 17:00-dək Binə qəsəbəsi, Əli İsazadə küçəsində (Mədəniyyət Evinin qarşısı) fəaliyyət göstərən mobil qeydiyyat ofisinə yaxınlaşa bilər. Bu barədə FED.az Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Sosial aksiya ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır, əhalinin mülkiyyət hüquqlarından geniş formada istifadəsinə şərait yaradır. Xidmət üçün hər bir şəraitlə təmin olunan səyyar qeydiyyat ofisində əhali fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı həm qeydiyyat, həm də hüquqi xidmətlərlə təmin olunur. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətə başladığı vaxtdan etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə 20 kənd və qəsəbədə reallaşıb. Məmnunluq, rahatlıq və vətəndaşa yönəlik prinsiplər əsasında müraciət edən hər bir sakin qanunvericiliyə uyğun xidmətlərdən faydalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR