Slimfit
  1. CƏMİYYƏT

Bakıda külək güclənəcək, bəzi rayonlarda qar yağacaq - HAVA PROQNOZU

Bakıda külək güclənəcək, bəzi rayonlarda qar yağacaq - HAVA PROQNOZU
Sakura

Bakıda külək güclənəcək, bəzi rayonlarda qar yağacaq - HAVA PROQNOZU

Ölkə ərazisində yanvarın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ens.az-ın məlumatına əsasən,milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR