Bakıda küçə sənətçisi olmaq istəyənlər üçün seçim başlayır
Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlər bu gündən Bakı Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərlər.
Trend-in məlumatına görə, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov "Küçə sənətçiləri" adlı layihənin təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, sentyabrdan başlayaraq ayda bir dəfə Mərkəz tərəfindən müraciət edilən bacarıqlı şəxslərin kastinqi keçiriləcək. Kastinqdən keçən istedadlı şəxslər 3 ay ərzində seçilmiş ərazilərdə bacarıqlarını nümayiş etdirə biləcəklər:
"Sənətçilər 3 ay başa çatdıqdan sonra müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".
Layihə çərçivəsində aktyorlar, musiqiçilər, rəssamlar, rəqqaslar və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət