Dərc edildi: Baxış sayı: 557
Bakıda koronavirusa yoluxma səviyyəsi artdı - STATİSTİKA
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
Bununla bağlı məlumat “koronavirusinfo.az” saytında dərc olunub.
Bildirilib ki, ən yüksək yoluxma səviyyəsi Bakı şəhərinin payına düşür - xəstələrin 53,7 faizi paytaxtda yaşayır.
Yoluxma digər bölgələr üzrə Abşeronda 12,9 faiz, Aran zonasında 12,4 faiz, Gəncə-Qazaxda 7,8 faiz, Quba-Xaçmazda 2,9 faiz, Lənkəranda 2,7 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faizdir.
Naxçıvanda yoluxma 0,05 faiz, ölkə xarici yoluxma isə 0,3 faiz təşkil edir.
Qeyd edək ki, ötən ay Bakıda koronavirusa yoluxma halı 52,3 faiz qeydə alınmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət