Dərc edildi: Baxış sayı: 524
Bakıda keçiriləcək İndoneziya mədəniyyət festivalının proqramı açıqlanıb
Sentyabrın 11-dən 16-dək Bakıda növbəti İndoneziya mədəniyyət festivalı (ICF-2019) keçiriləcək.
İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, bu il festival iki məkanda - Heydər Əliyev Sarayında və Fəvvarələr Meydanında baş tutacaq.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd azərbaycanlıları İndoneziya sənətinin və mədəniyyətinin müxtəlifliyi ilə tanış etməkdir.
Azərbaycanda İndoneziya mədəniyyət festivalı dördüncü dəfə təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət