Slimfit
  1. CƏMİYYƏT

Bakıda keçidlərin eskalatorları təmir edilir

Bakıda keçidlərin eskalatorları təmir edilir
Sakura

Bakıda keçidlərin eskalatorları təmir edilir

Ötən il ərzində sıradan çıxmış yeratı və yerüstü keçidlərin 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a bildirib ki, yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır.

Təmiri mümkün deyilsə, ehtiyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi isə eskalatorlar təmir olunur.

2020-ci ilin əvvəlindən “Azneft dairəsi” və “Sahil” metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib.

Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR