Dərc edildi: Baxış sayı: 514
Bakıda kartla işləyən sərnişin avtobuslarının sayı 500-ə çatıb
Hazırda Bakıda 500 sərnişin avtobusunda ödəniş nağdsız (kartla) həyata keçirilir.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Qurum həmçinin bəyan edib ki, 2019-cu ildə paytaxtda sərnişindaşıma üçün 371 yeni avtobus alınıb, 200 avtobus əsaslı təmir olunub, 124 yeni dayanacaq pavilyonu quraşdırılıb, 8 avtobus parkı (qaraj) istifadəyə verilib, 10 marşrut xətti optimallaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət