Slimfit
  1. CƏMİYYƏT

"Bakıda kafe və restoranlar açıla bilər" - Ramil Həsən açıqladı

"Bakıda kafe və restoranlar açıla bilər" - Ramil Həsən açıqladı
Sakura

"Bakıda kafe və restoranlar açıla bilər" - Ramil Həsən açıqladı

Xəbər verdiyimiz kimi, avqustun 5-də 193 nəfər koronavirusa yoluxub, 492-si isə sağalıb. Qeyd edək ki, ölənlərin sayında da xeyli azalma olub. Belə ki, dünən 3 nəfər koronavirusdan vəfat edib. Azalma dinamikası davam edərsə, gələn həftə kafe və restoranlar açıla bilərmi?

Ens.az xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a danışan deputat Ramil Həsən bildirib ki, fevral ayının sonlarından başlayaraq Azərbaycanda karantin rejimi tətbiq edilməkdədir:

“Arada bir yumşalma, daha sonra isə sərtləşmə proseslərinin getməsi bir növ parametr rolunu oynamaqdadır. Səbəbini də özünüz bilirsiniz. Dünyada virusla bağlı verilən qərarlar yoluxanların artma-azalma dinamikasına uyğun qəbul olunur. 2-ci və 3-cü dalğanın olacağı ilə bağlı da fikirlər səsləndirilir. Bu proseslərin insanlara nə qədər təsir etdiyi araşdırıldıqdan sonra qərar qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və xüsusi təlimatları ilə dövlətin müvafiq srtukturları Operativ Qərargah çərçivəsində müəyyən addımlar ataraq bu bəladan insanların az zərər görməsinə çalışırlar”.

Deputat qeyd edib ki, avqustun 5-dən sonra da 13 rayon və şəhərdə sərt karantin rejimi davam etməkdədir:

“Şəki və Samuxda sərt karantin rejimi ləğv edilib. Bundan sonra 13 şəhər və rayonda veriləcək qərarlar yoluxanlarının sayının artma-azalma dinamikasına uyğun olacaq. Yəni əhalinin məsuliyyətli olub sosial məsafəni qoruyarsa, qapalı məkanlarda maska taxarsa, gigiyenik qaydalara əməl edərsə, müəyyən yumşalmalar olacaq. Əlbəttə, bu yumşalmalar insanların həyat tərzinə təsir edəcək”.

Ramil Həsən pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsir etdiyini deyib:

“Əlbəttə, heç bir dövlət istəməz ki, təhsil, istehsal dayansın, zavodlar, müəssisələr işləməsin. Xüsusilə də Azərbaycan. Çünki Azərbaycan yeniləşən inkişaf metoduna qədəm qoyub. İslahatların uğurla davam etməsi üçün Azərbaycanda cənab prezidentin yaratmış olduğu münbit şərait mövcuddur. Mənə elə gəlir ki, əhalimiz qoyulan qaydalara riyaət edərsə, qısa müddət ərzində yumşalar ola bilər. İnanıram ki, yumşalmaların olması üçün əhalimiz öz üzərinə düşən addımları atacaq. Nəticədə də kafelər, restoranlar açılacaq. Eyni zamanda insanlarımızın karantin qaydalarına nə dərəcə də əməl edəcəyini öyrənmək üçün kiçik yumşalmalar ola bilər. Yəni kafe və restoranlar açılarsa, orada insanlar qoyulan qaydalara nə dərəcədə əməl edəcəklər? Bu müsbət nəticə verərsə, yumşalmalarda növbəti mərhələyə keçirilə bilər. Bütün bu yumşalmalar mərhələli şəkildə həyata keçirilməlidir ki, bütün təhsil və iaşə obyektləri açılsın. İnsanlarımız rayonlara və xarici ölkələrə gedə bilsinlər”.

Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

“Normal həyata qayıtmağımız üçün koronavirusla birgə mübarizə aparmalıyıq. Mənə elə gəlir ki, biz koronavirusla bir müddət yaşamalı olacağıq. Real vəziyyəti qəbul edib, qoyulan qaydalara əməl etsək, dövlətimiz tərəfindən atılan adımların müsbət nəticə verməsinə köməklik etmiş olarıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR