Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
Sakura

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA bildirilib ki, festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Sentyabrın 29-dək davam edəcək festivalda 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəssamın dekorasiyasını nümayiş etdirəcək.

Daha sonra bu müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər.

Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam bu festivalda iştirak edib. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR