Dərc edildi: Baxış sayı: 502
Bakıda istehsal edilmiş tikinti materiallarının ümumi dəyəri artıb
Bu ilin yanvar-iyul aylarında paytaxtın tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 9,4 faiz artaraq 258,9 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 2,5 dəfə, tikinti əhəngin istehsalı 29,8 faiz, sementin istehsalı isə 13,1 faiz artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət