Slimfit
  1. AZƏRBAYCAN

Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı başlayıb

Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı başlayıb
Sakura

Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı başlayıb

 Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısının açılışı olub. 

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər. 

Toplantıda ilk olaraq Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra ölkədə istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə həyata keçirilən işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, toplantı Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilir.

Daha sonra çıxış edənlər toplantının əhəmiyyətindən və dövlət tərəfindən gənclərə hər zaman diqqət və qayğının göstərilməsindən danışıblar.  

Tədbirin rəsmi açılış mərasimindən sonra dövlət və yaradıcı qurumların nümayəndələrinin, eyni zamanda gənclərin və ekspertlərin iştirakı ilə sessiya iclasları olub, müxtəlif yaradıcılıq sahələrində vəziyyət təhlil edilib, inkişaf perspektivləri nəzərdən keçirilib.

Günün ikinci yarısında 4 fərqli istiqamətdə (intellektual inkişaf, elm, təhsil, kino, teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və dekorativ-tətbiqi sənət, foto) paralel görüşlər olacaq. Görüşlərdə Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri iştirak edəcək. 

Tədbirdə ümumilikdə həm paytaxt Bakıdan, həm də ölkənin bütün şəhər və rayonlarından 500-dən artıq istedadlı gənc iştirak edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR