Slimfit
  1. AZƏRBAYCAN

Bakıda işıqlar söndü: metroya giriş bağlandı

Bakıda işıqlar söndü: metroya giriş bağlandı
Sakura

Bakıda işıqlar söndü: metroya giriş bağlandı

Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarların hərəkəti bərpa olunub.

Bunu Publika.az-a "Bakı Metropoliten"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, saat 16:30-da qatarların hərəkəti bərpa edilib: "Metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlanmışdı. Artıq saat 16:30-dan yüksək gərginlik verilib və qatarların hərəkəti yenidən normal qrafik üzrə bərpa olunub".

***

“Metronun Bənövşəyi xətt "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarına giriş bağlanıb”.

Bu sözləri Publika.az-a “Bakı Metropoliten”in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, işıqların sönməsi ilə əlaqədar qatarların sürəti azalıb: “Gərginlik nisbətən azdır. Lakin qatarların fəaliyyəti normal qrafiklə davam edir. Sərnişinlər stansiyalarda qalmayıb. Bir tək Bənövşəyi xəttin Avtovağzal və Memar Əcəmi istiqamətində fəaliyyəti dayandırılıb. Gərginlik olmadığından stansiyalara giriş bağlanıb”.

Məlumata görə, bu dəqiqələrdə paytaxtın Nərimanov, Nəsimi, Nizami rayonları ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Bakının ayrı-ayrı rayonlarında işıqlar yansa da, şəhərdəki işıqforlar işləmir.

"Azərişıq"-dan bu barədə rəsmi məlumat yayılacağı bildirilib.

Könül

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR