Slimfit
  1. CƏMİYYƏT

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxıldı

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxıldı
Sakura

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxıldı

 

Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir.

 

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.

 

Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR