Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda ilk dəfə Su şəhərinin və Odlar Yurdunun musiqisi birləşəcək

Bakıda ilk dəfə Su şəhərinin və Odlar Yurdunun musiqisi birləşəcək
Sakura

Bakıda ilk dəfə Su şəhərinin və Odlar Yurdunun musiqisi birləşəcək

Aprelin 19-da Azərbaycan Dövlət Opera və Balet Teatrında "Barokko və Muğam: Su və od" adlı konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsert Ka Foskari Universitetinin dəstəyi ilə "United Cultures" ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

"Su və od" konsertini dirijor Əyyub Quliyev idarə edəcək. O, İtaliya mədəniyyətinin dünyadakı səfiri Luiza Selloya (fleyta), Fəridə Məmmədova (soprano), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Soltan Əliyev (nağara), Kamaliya Əlizadə (fortepiano) və Dövlət Opera və Balet Teatrının orkestrinə dirijorluq edəcək.

Konsert Venesiya şəhərindəki Ka Foskari Universitetində etnomusikologiya professoru Covanni De Zorzi tərəfindən təqdim olunacaq. Konsertin bədii rəhbəri məşhur italyalı bəstəkar Stefano Muskaritolo olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR