Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ilk: bu küçə müxtəlif rənglərlə boyandı

Bakıda ilk: bu küçə müxtəlif rənglərlə boyandı
Sakura

Bakının mərkəzi küçələrindən olan Bəşir Səfəroğluda piyadalar üçün nəzərdə tutulmuş keçidlər müxtəlif…

Bakının mərkəzi küçələrindən olan Bəşir Səfəroğluda piyadalar üçün nəzərdə tutulmuş keçidlər müxtəlif rənglərlə boyanıb.

Axar.az xəbər verir ki, rənglənmə işləri B.Səfəroğlu küçəsinin noyabrın əvvəllərində başlayan yenidənqurma və köklü təmirindən sonra həyata keçirilib. Təmir zamanı bir zolaqlı yola yeni asfalt döşənib. Hətta yaşayış binaları da restovrasiya edilərək bərpa işləri həyata keçirilib.

Dar küçəni təmirdən sonra maraqlı edən isə piyada keçidlərinin müxtəlif rənglərə boyanmasıdır.

Məsələyə aydınlıq gətirən Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bəşir Səfəroğlu küçəsi Nizami küçəsi ilə birləşik olduğu üçün köklü təmir edilib. Rənglənmə də aparılan abadlıq işləri çərçivəsində həyata keçirilib:

“Ərazidə tarixi binalar var. Onlar da binaların koloriti saxlanılmaqla təmir edilib. Səkilərin rənglənməsi isə bəzək xarakterlidir. Bu rənglənmə ilk olaraq Bəşir Səfəroğlu küçəsində həyata keçirilib. Təmir edilən digər küçələrdə də belə rənglənmə işlərinin aparılması gözlənilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR