Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib

Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib
Sakura

Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib

Oktyabrın 20-də Bakıda Beynəlxalq Kulinariya Günü münasibətilə ikinci Beynəlxalq çay festivalı keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlara Azərbaycan istehsalı olan zəfəranlı çay təqdim olunub. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin baş mütəxəssisi Fərhad Osmanov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Assosiasiyasına gələcək işlərində uğurlar arzu edib.

Tədbirdə, həmçinin ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR