Dərc edildi: Baxış sayı: 370
Bakıda iki küçədə sürət həddi endirilib
Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.
Ens.Az-ın məlumatına görə,bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində daha iki küçədə sürət həddi endirilib.
11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 kilometr/saatdan 50 kilometr/saata endirilib. Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət