Dərc edildi: Baxış sayı: 546
Bakıda helikopter satışa çıxarıldı
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti helikopterlərdən birini hərraca çıxarıb.
Axar.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Hava Yolları Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edib. Helikopterin satışı ilə əlaqədar 1 oktyabr tarixində Bakı şəhərində açıq hərrac keçiriləcək.
1991-ci il buraxılışı olan Mİ-8 MTV1 helikopterinin dövlət qeydiyyat nişanı 4K-25494-dür. Uçuş saatı 9599 olan vertolyotun satışı üçün müəyyən edilən ilkin start qiyməti 100.000 manatdır.
Hərrac elanında qeyd edilib ki, Mİ-8 MTV1 helikopterinin planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət