Slimfit
  1. CƏMİYYƏT

Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı

Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı
Sakura

Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı

2018-ci ilin iyun-iyul aylarında atmosfer havasında azot 4 oksid normanı 2,4 dəfə keçmişdisə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub. Həmçinin, ETSN-nin 168 nömrəli “Qaynar Xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, atmosfer havasının keyfiyyətinə nəzarət edən “Vaisala AQT400” avtomat stansiyasının onlayn məlumatlarının və OPSİS avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir:

“Belə ki, 2018-ci ilin iyun və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdusa, 2019-cu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub. 

Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ildə toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə 1,2 dəfə artıq olub.

Qeyd edək ki, atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji  şəraitdən asılıdır. Belə ki, durğun anomal isti hava şəraitində, zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb.

Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır”.

Nazirlik rəsmisi qeyd edib ki, Bakı şəhərində nəqliyyatdan havaya olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş nöqtələrdə - Neftçilər pr., Dərnəgül şossesi, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan–Sumqayıt yolunda monitorinqlər keçirilib.

“Hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm 10 , Pm 2,5  dirspers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm 10  dirspers toz 1,1-1,4, Pm  2,5  dirspers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqlərin nəticəsinə görə ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb. Bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənar nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır”, - U.Tağıyeva əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR