Slimfit
  1. MEDİA

Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupun hesabatı dinlənilib

Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupun hesabatı dinlənilib
Sakura

Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupun hesabatı dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Günəşin axtarışında” beynəlxalq işçi qrupun 2018-2019-cu illərə dair fəaliyyətinin təqdim olunub. Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, UNESCO kafedrasının dosenti Rizvan Hüseynov öz çıxışında ölkə rəhbərliyinin milli irsin araşdırılması və qorunmasına dair iradəsini əks etdirən məsələlərə toxunaraq, bu sahədə beynəlxalq standartlara cavab verən Azərbaycan qanunvericilik bazasını təqdim edib. Hesabatı səsləndirən natiq yerli iş adamlarının dəstəyi ilə 80-dən artıq ekspedisiya, təşkil olunmuş tədbirlər, müxtəlif formatda ictimai məlumatlandırmalar barəsində məlumat verib, bir neçə mədəni abidənin dağıdılmasının işçi qrup tərəfindən qarşısının alınmasını diqqətə çatdırıb.

Mərkəzi Elmi Kitabxananın direktoru t.ü.f.d. Leyla İmanova MEK-in müzakirə olunan beynəlxalq layihə üçün baza təşkilat kimi çıxış etməsindən, MEK-in müasir standartlara cavab verən formatda hazırlanmış və UNESCO tərəfindən layihə üçün təsdiq edilmiş elektron kataloqundan, kataloqun informasiya baxımından kifayət qədər tutumlu olmasından danışıb.  L.İmanova bildirib ki, “Günəşin axtarışında” işçi qrupu və Vətəndaş təşəbbüsü qrupu (VTQ) tərəfindən təqdim olunmuş 100-ə yaxın abidə haqqında məlumat sistemləşdirilib və                e-kataloqda fotolar da daxil olmaqla e-bazada yerləşdirilib. 

Tədbirdə iştirak edən İçəri Şəhər Dövlət Tarix-Memralıq Qoruğu İdarəsinin nümayəndəsi Elxan Məmmədov, AMEA Arxeologiya İnstitutunun Elmi Şurasının üzvü Fərhad Quliyev, tarixçi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Abbas İslamov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili, işçi qrupun üzvləri Elşən Hüseynov, Şəfa Mövsümov, Əşrəf Əhmədov, İlqar Həsənov, Sabit Qurbanov, Elvin Qəhrəmanlı, Nazilə Həsənova, Renat Cəfərov və Nail Vəliyev çıxışlarında fəaliyyətin rəsmi müstəviyə keçirilməsini, icra strukturlarının layhəyə cəlb olunmasını, təqdim olunan fəaliyyətin strateji proqram əsasında davam etdirilməsini və sistemli şəkildə ölkə miqyasında tətbiq edilməsini tövsiyə ediblər.

Müzakirələrdə təqdim olunmuş abidələrin, demək olar ki, hamısının üzərində günəş rəmzinin olmasından, abidələr haqqında toplanmış materialın cografiyanın toponimikasının öyrənilməsinə və Azərbaycanda turizm marşrutlarının formalaşdırılmasına verə biləcəyi töhvədən söhbət açılıb. Tədbir iştirakçıları layihənin genişçləndiriləcəyi təqdirdə VTQ tərəfindən Heydər Əliyev fonduna rəsmi müraciət edilməsi, ekspedisiya üzvlərinin gündəlik xərclər ilə təmin edilməsi, abidələrin üzərinə mühafizə məqsədilə vurulması zəruri olan informasiyanın standart formatının hazırlanması, bərpa və mühafizəsinə xüsusi yanaşmanın tətbiq olunması, çəkiliş texnikası və imkanlarını təkmilləşdirmək məqsədilə dronlardan istifadə edilməsi, “Bərpa məktəbi”nin yaradılması, bölgələrdə əhalinin, xüsusilə gənclərin məlumatlandırılması məqsədilə “Yay məktəblərinin” və “Maarifləndirmə düşərgələri”nin təşkil edilməsi, layihə üzrə məsul qurumlar qismində bölgələrdə icra strukturlarının cəlb olunması, abidələrin qiymətləndirmə konsepsiyasına, abidələrin “yerli”, “ölkə” və “beynəlxalq” miqyasda dəyərləndirilmə meyarlarına yenidən baxılması kimi təkliflər səsləndirilib. 

Tədbirdə ekspertlərə, “Günəşin axtarışında” qrupu və VTQ üzvlərinə, eləcə də MEK əməkdaşlarına milli-mədəni irsin öyrənilməsi, sistemləşdirilməsi və qorunması işinə verdiyi töhvəyə görə təşəkkürnamələr təqdim olunub. 

Qeyd edək ki, "Günəşin axtarışında" qrupu 2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasının bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir. İşçi qrupun üzvü, “European Association for the Advancement of Archaeology by Experiment (EXAR)” və “Global Heritage Network Community” üzvü, Azərbaycan ərazilərinin milli maraqlar və elmi prinsiplərə əsaslanan araşdırıcısı arxeoloq-bərpaçı Tatyana Krupa bu təcrübənin tək Azərbaycan üçün deyil, bir çox başqa ölkələr üçün də qiymətli olduğunu və tətbiqinin tövsiyə edildiyini bildirib. 

Hesabatla UNESCO-nun saytında ingilis və  rus dillərində də tanış olmaq mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR