Dərc edildi: Baxış sayı: 430
Bakıda güclü duman müşahidə olunur
Bakıda güclü duman müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a açıqlamasında deyib ki, belə hava günün ikinci yarısına kimi davam edəcək.
O qeyd edib ki, günün ikinci yarısında paytaxtda cənub-qərb küləyinin bir qədər güclənməsi müşahidə olunacaq: “Günorta saatlarında dumanın bir qədər çəkiləcəyi gözlənilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət