Slimfit
  1. AZƏRBAYCAN

Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir
Sakura

Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Hi-Scan-Hi-Trax II" baxış-rentgen texnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, DGK əməkdaşları üçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarx nümayiş etdirilib.

Sonra təlimçilər tərəfindən "Hi-Scan-Hi-Trax II" baxış-rentgen texnikasının istismar qaydaları barədə məlumat verilib.

Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları, təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə, gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi DGK-nın müvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları - Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarənin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin rəisi Əmir Əsədov və Naxçıvan MR Dövlət Gömrük Komitəsi Yoxlama-Baxış Sistemlərinin İstismarı şöbəsinin rəisi Əkrəm Məmmədov aparır.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə əldə edən iştirakçılara sertifikatlar veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR