Bakıda gölü çirkləndirən Biləsuvar sakininə protokol yazıldı
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində keçirilmiş növbəti belə tədbir zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə rayon ərazisindəki gölə çirkab sularını axıtması faktı aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət