Slimfit
  1. MƏDƏNİYYƏT

Bakıda "Fransanın dadı" qastronomiya festivalı keçiriləcək

Bakıda "Fransanın dadı" qastronomiya festivalı keçiriləcək
Sakura

Bakıda "Fransanın dadı" qastronomiya festivalı keçiriləcək

 Martın 1-dən 16-dək Bakıda "Fransanın dadı" beynəlxalq qastronomiya festivalı keçiriləcək.

"Report" Azərbaycandakı Fransa İnstitutuna (Institut Français d'Azerbaidjan) istinadən xəbər verir ki, belə tədbirlər artıq beşinci ildir dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda keçirilir və məqsədi yerli əhalini Fransa mətbəxinin yeməkləri ilə yaxından tanış etməkdir.

Dünyanın bir sıra ölkələrində belə kulinar festivalın keçirilməsi ənənəsini Fransanın sabiq xarici işlər naziri Loran Fabius 2015-ci ildə qoyub.

Festival ərəfəsində "Institut Français d'Azerbaidjan" komandası tərəfindən Fransa mətbəxinə dair film nümayişləri və müsabiqələr təşkil ediləcək.

Belə ki, "Landmark" hotelinin kinoklubunda fevral ayının hər cümə günü Fransa mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.

Bu həftə cümə günü kinoqurmanlara Kristian Vensanın "Prezident üçün aşpaz" (2012) parlaq kinokomediyası təqdim olunacaq.

Fransız dilində nümayiş olunacaq filmlərə giriş pulsuzdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR