Slimfit
  1. İDMAN

Bakıda Formula 2 üzrə ikinci yarış start götürüb

Bakıda Formula 2 üzrə ikinci yarış start götürüb
Sakura

Bakıda Formula 2 üzrə ikinci yarış start götürüb

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarış start götürüb. SİA-nın məlumatına görə, turnirdə iştirak edən 10 komandanın 20 pilotu Bakı Şəhər Halqasını 21 dövrə vuracaqlar və 126,063 km məsafəni qət edərək qalibi müəyyənləşdirəcəklər. Yarışa saat 14:00-da yekun vurulacaq.

Ötən gün 174,087 kilometrlik məsafəni əhatə edən 29 dövrəlik ilk yarışda “Kampos” komandasının pilotu Cek Aitken bütün rəqiblərini qabaqlayıb. “Art Grand Prix”dən Nik de Vries ikinci, “Motorsport”dan Cordan Kinq üçüncü olub.

Qeyd edək ki, bu gün keçiriləcək Formula 1 üzrə SOCAR Azərbaycan Qran Prisi saat 16:10-da start götürəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR