Slimfit
  1. AZƏRBAYCAN

Bakıda fərdi yaşayış evlərinin tikildiyi kənd təsərrüfatı torpaqlarının təyinatı dəyişdiriləcək

Bakıda fərdi yaşayış evlərinin tikildiyi kənd təsərrüfatı torpaqlarının təyinatı dəyişdiriləcək
Sakura

Bakıda fərdi yaşayış evlərinin tikildiyi kənd təsərrüfatı torpaqlarının təyinatı dəyişdiriləcək

Bakıda və Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı olan torpaqlarda tikilmiş və sahibləri bu günə qədər mülkiyyət hüquqları əldə etməmiş fərdi evlərlə bağlı araşdırmalar aparılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib.

“Ən pis vəziyyət Bakıda Abşeron rayonunun idarəçiliyində olan torpaqlardadır. Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər. Bu da bir çox problemlərlə nəticələnir. Həmin məsələ ilə bağlı ƏMDK-nın mövqeyi ondan ibarətdir ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, hesab edirik ki, bu torpaqların kateqoriyası dəyişdirilməlidir. Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa dövr ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq”, – deyə o, qeyd edib.

Mənbə: Moneta.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR