Slimfit
  1. İQTİSADİYYAT

Bakıda ərzaq, içki və tütünə 5 milyarddan çox pul xərclənib

Bakıda ərzaq, içki və tütünə 5 milyarddan çox pul xərclənib
Sakura

Bakıda ərzaq, içki və tütünə 5 milyarddan çox pul xərclənib

2018-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,1 faiz artaraq 12 milyard 450,6 milyon manat olub.

Qafqazinfo”nun məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 5 milyard 530,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 6 milyard 920,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 24,7 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR