Slimfit
  1. AZƏRBAYCAN

Bakıda ekspress avtobuslarda sərnişin sıxlığı

Bakıda ekspress avtobuslarda sərnişin sıxlığı
Sakura

Bakıda ekspress avtobuslarda sərnişin sıxlığı

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə istiqamət üzrə xüsusi ekspress avtobusları təşkil edilib. Lakin buna baxmayaraq, hələ də sərnişin sıxlığı müşahidə edilir.

Oxu.Az xəbər verir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar yalnız metro stansiyalarının çıxışlarında olan təyin olunmuş məntəqələrdə dayanır. Avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərsə də, sərnişinlərin sayı kifayət qədər çoxdur. Bu isə insanlar arasında virusa yoluxma hallarının artmasına şərait yarada bilər.

Qeyd edək ki, gündəlik xəttə çıxan avtobusların sayının sərnişin axınına uyğun olaraq tənzimlənməsi, zərurət yaranacağı halda böyüktutumlu (18 metr) avtobusların istismara buraxılacağı da nəzərdə tutulmuşdu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR