Bakıda ekspres taksi xidməti təşkil edilə bilər
"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
"Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər", - o qeyd edib.
Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil.
***
BNA-nın rəhbəri həmçinin bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı paytaxtda sərnişin axını güclənsə də, insanların daşınmasında problem olmayacaq: "Artan tələbatı ödəməyə hazırıq. Hazırda təkcə ekspres marşrut xətləri üzrə 105 avtobus fəaliyyət göstərir, 15 avtobus isə ehtiyat üçün şəhərdə boş dayanır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət