Slimfit
  1. CƏMİYYƏT

Bakıda dönərdən zəhərlənən məktəblilərin sayı 20-yə çatdı - RƏSMİ AÇIQLAMA

Bakıda dönərdən zəhərlənən məktəblilərin sayı 20-yə çatdı - RƏSMİ AÇIQLAMA
Sakura

Bakıda dönərdən zəhərlənən məktəblilərin sayı 20-yə çatdı - RƏSMİ AÇIQLAMA

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Ens.az-ın məlumatına əsasən,TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR