Slimfit
  1. AZƏRBAYCAN

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
Sakura

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq…

Bakıda Azərbaycan Milli Məclisi və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransın açılış mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Konfrans çərçivəsində qadınların fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılması, problemlərin birgə müzakirəsi və s. digər məsələlər müzakirə olunacaq.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin vitse-spikeri Bahar Muradova konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tədbir qarşımızda duran məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılması, təcrübələrin bölüşməsi, ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmləndirilməsinə xidmət edən qərarların qəbul edilməsi üçün zəruridir.

B.Muradova vurğulayıb ki, buradakı müzakirələr həm beynəlxalq məsələləri, həm də regionda qarşımızda duran problemləri əhatə edir.

Qadınların rolu haqqında danışan B.Muradova Azərbaycanda qadınların dövlət səviyyəsində təmsil olunmasının çox gözəl nümunəsinin olduğunu diqqətə çatdırıb: "101 illik tarixi olan Azərbaycan parlamentinin fəaliyyəti dönəmində Azərbaycan qadınları həmişə burada yüksək səviyyədə təmsil olunublar”.

B.Muradova bildirib ki, bu gün Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti postunda qadınları təmsil edir və dövlətin taleyinə cavabdehlik məsuliyyətini çox böyük dəyanət və ləyaqətlə bölüşür. O bunun öhdəsindən çox gözəl gəlir və bizim cəmiyyətə, türk dünyasına, eləcə də bütün dünya ictimaiyyətinə nümunə göstərir, böyük, məsuliyyətli və vacib layihələrə imza atır".

 
 
 
 
 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR