Dərc edildi: Baxış sayı: 620
Bakıda daha bir sensorlu işıqfor quraşdırıldı
Bakıda Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.
“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, işıqfor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər.
Qeyd edək ki, bu işıqfor əsasən hərəkətin intensiv olduğu yollarda quraşdırılır və yolda piyada olmadığı halda işıqforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət