Slimfit
  1. CƏMİYYƏT

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb
Sakura

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə edilməsi üzrə növbəti monitorinqlər uğurla tamamlanıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərində nəqliyyatın monitorinqi aparılıb.

Proses COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən birgə reallaşdırılıb.

 

Bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunan monitorinq prosesi zamanı COP29-a məxsus avtobuslar, eləcə də təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb edilərək müxtəlif marşrut və ssenarilər üzrə yoxlamalar uğurla icra olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR